Muxtar Babayev Serbiyaya SƏFƏR EDƏCƏK

Muxtar Babayev Serbiyaya SƏFƏR EDƏCƏK

Muxtar Babayev Serbiyaya səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.

 

“Bu görüşlər və müzakirələr kontekstində strateji tərəfdaşlığa uyğun məsələlər müzakirə olunub. Strateji tərəfdaşlığın önəmini göstərən amillərdən biri də odur ki, mütəmadi olaraq yüksək səviyyədə ikitərəfli görüşlər həyata keçirilir. Cənab nazirin qısa müddət əvvəl XİN başçısı olmasına baxmayaraq Azərbacana səfər etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsini və önəmini göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin təşəbbüsümüzə dəstəyi qeyd etdik. Azərbaycan-Serbiya münasibətlərini xarakterizə edən məqam qarşılıqlı dəstək və hörmət, bir-birinin ərazi bütövlüyünü dəstəkləmək önəmli məqamlardır".

 

Nazir qeyd edib ki, 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsinin önəmini nəzərə alaraq bu kontekstdə əməkdaşlığın önəmini müzakirə edilib və yaxın dövrdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin Serbiyaya səfəri nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR