BMTM GLOBSEC 2024-ün institusional tərəfdaşı olub - FOTO

BMTM GLOBSEC 2024-ün institusional tərəfdaşı olub - FOTO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Praqada keçirilən GLOBSEC 2024-ün institusional tərəfdaşı olub.

 

Sfera.az-ın məlumatına görə, tədbirdə iştirak edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Aİ tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusundakı sessiyada çıxışında Ukrayna və Yaxın Şərqdəki böhranlar çərçivəsində beynəlxalq münasibətlərin son dövrlərdə daha kompleks xarakter aldığını qeyd edib.

 

O bildirib ki, cari geosiyasi vəziyyət Xəzər regionu ölkələrinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi hallarda avropalı siyasətçilər Azərbaycan və Xəzər regionu dövlətlərindən sözügedən böhranlara qarşı öz perspektivlərindən yanaşaraq lokal baxış tələb edirlər.

 

“Lakin məsələlərə realist mövqedən yaxınlaşmaq daha düzgün yanaşma olardı”, - o qeyd edib.

 

Qeyd edək ki, BMTM və GLOBSEC-in birgə təşkilatçılığı ilə “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə edilməsi” mövzusunda birgə panel iclasın təşkil ediləsi nəzərdə tutulub. Azərbaycan Respublikası energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun sentyabrın 1-də paneldə çıxış etməsi gözlənilir.

 

Xatırladaq ki, GLOBSEC 2024 Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderlər, dövlət başçıları, sahibkarlar, həmçinin beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur.


OXŞAR XƏBƏRLƏR

Türkiyə iş adamını öldürən Qurbanovu Tiflisə təhvil verdi

Türkiyə 9 il əvvəl Tiflisdə iş adamı Besarion Xardzianinin sifarişli qətlində ittiham olunan Fərid Qurbanovu Gürcüstana ekstradisiya edib.   Sfera.az...

62 ildir dayanmadan yanan və tərk edilmiş şəhər - FOTO

Amerikanın Pensilvaniya ştatında yerləşən Centralia qəsəbəsi yerin altında başlayan və 62 ildir davam edən yanğınla mübarizə aparır. Bəs, bu yanğın necə ba...

Dollara tələbat artır: manat ucuzlaşacaq?

Dolların məzənnəsi sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankınd...

İstirahət mərkəzində əməliyyat: Həbs olunan var

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.   Sfera.az-ın məlumatına görə, söhbət Sumqayıt-Novxanı yolu...

İlqar Mikayıloğlu efirdə“Türkiyə gözəli”ni təhqir etdi -VİDEO

Aparıcı İlqar Mikayıloğlu efirdə “Miss Türkiyə 2024”ün qalibi olan İdil Bilgeni təhqir edib.   Sfera.az xəbər verir ki, aparıcı &quo...

Zimbabvedə insanları qidalandırmaq üçün 200 fil öldürüləcək

Zimbabvedə qida qıtlığına səbəb olan quraqlıq səbəbindən 200 fil öldürüləcək. Bu barədə ölkənin Vəhşi Təbiəti Mühafizə Agentliyi məlumat yayıb.   Sfera...