“Gündə bir neçə dəfə..." – Peskov Putinin iş qrafikindən DANIŞDI

“Gündə bir neçə dəfə..." – Peskov Putinin iş qrafikindən DANIŞDI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin gərgin iş qrafikindən danışıb.

 

Sfera.az bildirir ki, o bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb. Peskov qeyd edib ki, ictimaiyyət prezident fəaliyyətinin yalnız kiçik bir hissəsini görür, əsas iş isə pərdə arxasında qalır.

 

“Hər bir telefon danışığı müəyyən bir hazırlıqdır. Gündə bir neçə dəfə və ya lazım gəldikdə, gecə-gündüz prezident hərbçilərdən hesabat alır”, - Kremlin sözçüsü deyib.

 

O həmçinin qeyd edib ki, Putin xüsusi diqqət tələb olunan regionlardakı vəziyyətə, o cümlədən sosial təminat və vətəndaşların təhlükəsizliyinə şəxsən nəzarət edir:

 

“Bundan əlavə, Rusiya prezidenti beynəlxalq əlaqələrə və mühüm sənədlərin imzalanmasına böyük diqqət yetirir. İşlərin həcminə görə, bəzən hətta bir gün belə kifayət etmir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Türkiyə iş adamını öldürən Qurbanovu Tiflisə təhvil verdi

Türkiyə 9 il əvvəl Tiflisdə iş adamı Besarion Xardzianinin sifarişli qətlində ittiham olunan Fərid Qurbanovu Gürcüstana ekstradisiya edib.   Sfera.az...

62 ildir dayanmadan yanan və tərk edilmiş şəhər - FOTO

Amerikanın Pensilvaniya ştatında yerləşən Centralia qəsəbəsi yerin altında başlayan və 62 ildir davam edən yanğınla mübarizə aparır. Bəs, bu yanğın necə ba...

Dollara tələbat artır: manat ucuzlaşacaq?

Dolların məzənnəsi sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankınd...

İstirahət mərkəzində əməliyyat: Həbs olunan var

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.   Sfera.az-ın məlumatına görə, söhbət Sumqayıt-Novxanı yolu...

İlqar Mikayıloğlu efirdə“Türkiyə gözəli”ni təhqir etdi -VİDEO

Aparıcı İlqar Mikayıloğlu efirdə “Miss Türkiyə 2024”ün qalibi olan İdil Bilgeni təhqir edib.   Sfera.az xəbər verir ki, aparıcı &quo...

Zimbabvedə insanları qidalandırmaq üçün 200 fil öldürüləcək

Zimbabvedə qida qıtlığına səbəb olan quraqlıq səbəbindən 200 fil öldürüləcək. Bu barədə ölkənin Vəhşi Təbiəti Mühafizə Agentliyi məlumat yayıb.   Sfera...