Dünya ictimaiyyəti Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərə səssiz qalmamalıdır

Dünya ictimaiyyəti Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərə səssiz qalmamalıdır

Təxminən 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən azad edildi. 44 günlük Vətən müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. 

 

Lakin Ermənistan öz xislətinə sadiq qalaraq həm Birinci Qarabağ müharibəsi, həm 30 illik işğal dövründə, həm 44 günlük Vətən müharibəsində, həm də ondan keçən 4 ilə yaxın dövr ərzində Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədib.   

 

Sfera.az bildirir ki, İkinci Qarabağ müharibəsində təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozub. 

 

Ermənistan həmçinin “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini də heçə sayaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən endirilmiş zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin yaşadığı ərazilərə 30 minə yaxın mərmi və 227 raket atılıb. Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Mülki şəxslərimizin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.

 

Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə bir çox istiqamətdə çatdırılıb. Qeyd etmək lazımdır ki, həm müharibə, həm də ondan sonrakı dövrdə Prezident İlham Əliyev yüksək tribunalardakı çıxışlarında, görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə bunu ortaya qoyur. Azərbaycan prezidentinin Vətən müharibəsi ərəfəsində və döyüşlərin davam etdiyi bir vaxtda 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb.

 

Bu gün də regionda nüfuzu artan, dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, ermənilər bilməlidir ki, onlar Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə, iqtisadi, siyasi, hərbi və digər cinayətlərə görə cavab verəcəklər. 

 

Firuzə Əliyeva

 

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...