Putin Lukaşenkonu TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu 70 illik yubileyi münasibətilə təbrik edib.
Sfera.az “TASS” istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin teleqram hesabında yazılıb.
“Siz ən mühüm dövlət vəzifəsində çalışaraq, ölkənizin əsl vətənpərvər, beynəlxalq aləmdə maraqlarını ardıcıl müdafiə edən, ən çətin situasiyalarda belə məlumatlı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik siyasətçi kimi yüksək nüfuz qazanmısınız”, - təbrikdə qeyd olunub.
Həmçinin Putin Lukaşenkonu "Apostol Endryu” ordeni ilə təltif etməsi barədə Sərəncam imzalayıb.
Sərəncamın mətnində deyilir:
"Lukaşenko Rusiya Federasiyası ilə Belarus Respublikası arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, rus və belarus xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, habelə İttifaq dövlətinin yaradılmasına və səmərəli fəaliyyətinə şəxsi töhfəsinə görə təltif edilir".
Qeyd edək ki, bu orden Rusiya Federasiyasının ən yüksək dövlət mükafatıdır.
Firuzə Əliyeva