Tramp Mark Zukerberqi TƏHDİD ETDİ: "Ömrünün qalan hissəsini..."

Tramp Mark Zukerberqi TƏHDİD ETDİ: "Ömrünün qalan hissəsini..."

“Meta”nın və “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq prezident seçkilərinə müdaxilə etmək qərarına gələrsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək". 

 

Sfera.az “Politico”ya istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.

 

Siyasətçi sentyabrın 3-də nəşr olunacaq “Amerikanı xilas et” kitabında yazıb ki, "Meta" rəhbəri 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayıb.

 

Kitabda Trampın Ağ Evdə Zukerberqlə görüşünün fotosu var. Fotonun altında eks-prezident yazıb ki, "Facebook"un qurucusu həyat yoldaşı ilə birlikdə Oval kabinetə onu görməyə gəlib.

 

O, Zukerberqin ona qarşı sui-qəsd hazırlayarkən “ola bildiyi qədər gözəl davrandığını” söyləyib. Bununla Tramp Zukerberq və həyat yoldaşı Priscilla Çanın 2020-ci il seçkiləri zamanı seçki infrastrukturunu maliyyələşdirmək üçün etdikləri 420 milyon dollarlıq töhfəni nəzərdə tutub.

 

Əzizə 
 


 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...