"Trampın etdiyi əxlaqsızlıqdır" - Hərbi qəbiristanlıqda QALMAQAL + FOTO

"Trampın etdiyi əxlaqsızlıqdır" - Hərbi qəbiristanlıqda QALMAQAL + FOTO

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Trampın son addımı mübahisələrə səbəb olub. 

 

Sfera.az bildirir ki, “The Washington Post” qəzetinin xəbərinə görə, Tramp 3 il əvvəl Əfqanıstanda baş verən partlayışda həyatını itirən 13 ABŞ əsgərinin Arlinqton şəhərindəki hərbi qəbiristanlıqda keçirilən anım mərasiminə qatılıb. 

 

Hərbi rəsmilər Trampın komandasına məlumat veriblər ki, qanuna görə, hərbi qəbiristanlıqda təşviqat fəaliyyəti keçirmək qadağandır və yalnız əklil qoyulmasına icazə verilir. Lakin Trampın bu qanuna əməl etmədiyi iddia edilir. Belə ki, tədbirin birinci mərhələsində Tramp ABŞ əsgərlərinə həsr olunmuş abidənin önünə əklil qoyub. Əfqanıstanda həlak olan əsgərlərin məzarlarının yerləşdiyi hissəyə mətbuat və kameraların buraxılmasına icazə verilməyəcəyi açıqlansa da, Trampın komandasının qəbiristanlıq rəsmiləri ilə mübahisə etdiyi, xəbərdarlıqlara baxmayaraq, bura kameralar gətirdiyi və Trampla çəkiliş apardığı iddia edilib. 

 

Demokratlar Partiyası qəbiristanlıqda baş verən insidentdə Donald Trampı günahlandırıb. Partiyanın prezidentliyə namizədi Kamala Harrisin seçki kampaniyasının sözçüsü Maykl Tayler “CNN”ə verdiyi müsahibədə qəbiristanlıqda baş verən insidentin olduqca kədərli olduğunu bildirib:

 

“Söhbət Trampın komandasından gedirsə, bu təəccüblü deyil”.  

 

Qəbiristanlıqda qohumları dəfn edilən bəzi şəxslər də Trampı tənqid ediblər. Atası Arlinqtondakı hərbi qəbiristanlıqda dəfn edilən, istefada olan general Pol İton məsələ ilə bağlı bunları deyib:

 

“Heç vaxt bu qədər iyrənc bir şey görməmişdim. Federal obyektdə hər hansı siyasi fəaliyyətlə məşğul olmaq tamamilə yersizdir. Mənim nöqteyi-nəzərimdən əsgərlərimizin məzarlarının yerləşdiyi qəbiristanlıqda hər hansı şəxsi fəaliyyətlə məşğul olmaq əxlaqsızlıqdır”.

 

Sabiq prezidentin komandası isə insidentlə bağlı özünü müdafiə edib. Trampın seçki kampaniyasının sözçüsü Steve Cheung hadisədə qəbiristanlıq rəsmilərini günahlandırıb. O, işçilərin haqsız yerə fiziki təmas başlatdığını iddia edib, özlərinin haqlı olduğuna dair sübutlar təqdim edəcəyini bildirib.  

 

Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd JD Vance bildirib ki, Trampı ora hərbçi ailələri dəvət edib. O, Trampı tənqid etdiyinə görə Harrisi də günahlandırıb.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR