Logo

ABŞ rəsmisi Cinpinlə GÖRÜŞDÜ: "Tayvanın müstəqilliyini dəstəkləmirik"

ABŞ rəsmisi Cinpinlə GÖRÜŞDÜ: "Tayvanın müstəqilliyini dəstəkləmirik"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vaşinqton yeni soyuq müharibəyə başlamaq və Pekinlə münaqişəyə girmək niyyətində deyil".

Sfera.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib .

Sallivan Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə vurğulayıb ki, ABŞ Çin sistemini dəyişməyə, ittifaqlar sistemini gücləndirməklə Çinlə qarşı-qarşıya gəlməyə çalışmır.

"Bundan əlavə, Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişəyə girmək niyyətində deyil" - Sallivan fikrini yekunlaşdırıb.

Öz növbəsində Si Cinpin bildirib ki, Çin və ABŞ dünyada sülh və sabitliyin mənbəyinə, eləcə də onun inkişafının mühərrikinə çevrilməlidir. O vurğulayıb ki, sürətlə dəyişən və təlatümlü dünya fonunda dövlətlərə parçalanma və qarşıdurma yox, birləşmə lazımdır.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR