"Dövlətimiz nə qədər güclü olarsa…" - Namizəd, vəkil Sərdar İsmayılovdan açıqlama

"Dövlətimiz nə qədər güclü olarsa…" - Namizəd, vəkil Sərdar İsmayılovdan açıqlama

“Bir çox namizədlərdən fərqli olaraq seçki kampaniyam resurslar baxımından daha məhdud idi. Lakin biz bu məhdudiyyəti xalqla yaxın ünsiyyət qurmaq, onların dərdini dinləməklə aşdıq.”

 

Sfera.az xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a açıqlamasında vəkil, namizəd Sərdar İsmayılov deyib:

 

“Seçkiyə çox az vaxt qalıb. Bu müddət ərzində qarşılaşdığımız çətinliklərə baxmayaraq, əlimizdə olan məhdud imkanlarla belə çox böyük işlər gördük. Bir çox namizədlərdən fərqli olaraq seçki kampaniyam resurslar baxımından daha məhdud idi. Lakin biz bu məhdudiyyəti xalqla yaxın ünsiyyət qurmaq, onların dərdini dinləməklə aşdıq. Vurğulamaq istəyirəm ki, mənim hədəfim yalnız qanunların qəbulu və onların düzgün tətbiqi deyil, o cümlədən, dövlətimizə faydalı olmaq, ona layiqincə xidmət etməkdir. Çünki dövlətimiz nə qədər güclü, qüdrətli olarsa, xalqın rifah səviyyəsi, həyat şəraiti də bir o qədər yüksək olar. Siyasətə gəlişimdə əsas amil budur – irimiqyaslı işlərin görülməsində iştirak etmək və daha da faydalı olmaq”,- deyə Sərdar İsmayılov bildirib. 

 

Sərdar İsmayılov əlavə olaraq “Zəfər Güclülərin Haqqıdır" - Gələcəyə Ümidlə!” devizi haqqında da onu qeyd edib ki, “Güclü olmaq təkcə maddi imkanlarla bağlı deyil, mənəvi güc, vicdanlılıq, sədaqət və cəsarət də vacibdir. Seçicilərin qarşısında dürüst olmaq, onların inamını doğrultmaq istiqamətində cəsarətli addımlar atmaq – güclü olmaq budur. Mən inanıram ki, bu seçki kampaniyasında göstərdiyimiz əzmkarlıq və səmimiyyət nəticə verəcək və devizimiz həqiqətə çevriləcək.”


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...