Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra görüşlər KEÇİRDİ

Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra görüşlər KEÇİRDİ
Kateqoriya məlum deyil
T

Könül Nurullayeva növbəti görüşünü paytaxtın Nizami rayonundan olan səhiyyə işçiləri ilə O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində keçirib.

 

Görüşdə cəmiyyətimizin sağlamlığını qorumaqda əvəzsiz rolu olan həkimlər, tibb bacıları və digər tibb işçilərinin fədakar əməyindən söhbət açılıb. Xüsusilə vurğulanıb ki, insanların sağlamlığı güclü dövlətin təməlidir. K.Nurullayeva çıxış edərək, bu şərəfli peşəyə yiyələnmiş seçicilərin səsləndirdikləri müraciətlərin həlli istiqamətində əlimdən gələni edəcəyini bildirib.


Nizami rayonundan olan şəhid ailələri ilə görüşlərini davam etdirən Könül Nurullayeva bu dəfə İbrahimov Rafaelin ailəsinə baş çəkib, onlarla söhbətləşib, problemləri ilə yaxından tanış olub. Görüşdə qeyd edilib ki, Rafael İbrahimli başda olmaqla bütün şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət isə tarixdə əbədi qalacaq.


Könül Nurullayeva, həmçinin məhəlli görüşləri çərçivəsində Nizami rayonu Mehdi Abbasov küçəsi 92, 94 və 96, Məmmədəli Şərifli küçəsi 98, 100, Rüstəm Rüstəmov küçəsi 21A və 47 ünvanlarında yaşayan sakinlərlə də görüşüb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə iştirak edən hər kəsə minnətdarlığını bildirən K.Nurullayeva vurğulayıb ki, seçicilərin səsləndirdikləri məsələlərin hər biri diqqətindədir  və seçkilərdə ona etimad göstərildiyi təqdirdə onların həlli istiqamətində çalışacaq.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR