Qaya Məmmədov seçicilərlə növbəti səyyar görüşünü keçirdi - FOTOLAR

Qaya Məmmədov seçicilərlə növbəti səyyar görüşünü keçirdi - FOTOLAR

Deputatlığa namizəd Qaya Məmmədovun seçicilərlə səyyar görüşləri davam edir. 


Sfera.az xəbər verir ki, növbəti görüş Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 9-un və AB yaşayış sahəsi, eləcə də 135-ci binanın sakinləri ilə keçirilib.

 

Q.Məmmədov bildirib ki, seçicilərdə seçki prosesinə yüksək marağın olmasının şahidi olub: “Hörmətli seçicilərimizə platformamız barədə məlumat verdik və onların suallarını cavablandırdıq. Sakinlərin sosial təminat sahəsində qanunvericilik, çoxmənzilli binaların təsərrüfatı, yolların təmiri, idman infrastrukturu kimi məsələlərə dair qiymətli fikirlərini dinlədik”.


Qeyd edək ki, Q.Məmmədov namizədliyini 31 saylı Suraxanı II seçki dairəsindən irəli sürüb. 


Altay

 

 


OXŞAR XƏBƏRLƏR