Günay Ağamalının şəhid ailələrilə görüşləri davam edir - FOTO/VİDEO

Günay Ağamalının şəhid ailələrilə görüşləri davam edir - FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Xocalı kəndində şəhid Elmir Məmmədovun və şəhid Ağamoğlan Kərimovun məzarlarını ziyarət etdi, onların ruhuna dualar oxudu.


Sfera.az xəbər verir ki, daha sonra Günay Ağamalı Xocalı kəndində hər iki şəhidin ailə üzvləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.


Görüşlərdə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək Şəhidlik zirvəsinə ucalan Elmir Məmmədovun və Ağamoğlan Kərimovun döyüş yolundan söz açıldı.


G.Ağamalı Azərbaycan xalqının torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına həlak olan qəhrəman Vətən övladları ilə hər zaman fəxr etdiyini söylədi. O, “bütün şəhidlərimiz bizim qürur mənbəyimizdir”- deyərək Elmir Məmmədovun və Ağamoğlan Kərimovun qısa və şərəfli ömür yolunun gənc nəsillər üçün örnək olduğunu söylədi.


Günay Ağamalı Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan da ətraflı danışdı. 


Şəhid Elmir Məmmədovun və şəhid Ağamoğlan Kərimovun valideynləri Günay Ağamalıya fəaliyyətində və qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, ona öz xeyir-dualarını verdilər.


Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...