"ABŞ inkar edir, bəs o hədəflər ordumuzun əlinə keçsə, nə olacaq?" - AÇIQLAMA

"ABŞ inkar edir, bəs o hədəflər ordumuzun əlinə keçsə, nə olacaq?" - AÇIQLAMA

Ötən gün Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub. Son zamanlar intensivləşən təxribat xarakterli addımlar isə xüsusilə sülh danışıqları istiqamətində müəyyən narahatlıqlar yaradır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Paşinyan özünü sülhün təşəbbüskarı kimi göstərməyə çalışsa da, digər tərəfdən erməni ordusu atəşkəsi pozur. 

 

Onun sözlərinə görə, burada iki nəticə ortaya çıxır:

 

“Ya Ermənistan Baş naziri Nikol Paşinyan öz ordusuna hakim deyil, hələ də erməni ordusuna “farağat” rus dilində verilir, ya da ABŞ-nin Ermənistana gətirdiyi hərbi birlik İrəvanı cəsarətləndirib. Rəsmi Vaşinqtonun Azərbaycandakı səfirliyi bütün görüntülərə rəğmən, amerika əsgərlərinin Ermənistanda olmadığını bildirir. Ermənistan müharibəyə başlamaq istəyir. Maraqlıdır, həmin savaş zamanı ABŞ-yə məxsus olan canlı və cansız hədəflər Azərbaycan ordusunun əlinə keçsə, səfir nə cavab verəcək?”.

 

Z.Əmrəliyev qeyd edib ki, amerikalı diplomatlar prezident İlham Əliyevin 44 günlük müharibə zamanı xarici mediaya verdiyi müsahibələri və Yunanıstan səfiri ilə dialoqunu təkrar izləsələr yaxşı olar:

 

“Ən azından ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi hərbi mütəxəssisdir. Öz ölkəsini başa salmalıdır ki, bu işin sonrası var”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...