“Azərbaycanın müstəqil xarici siyasəti AŞPA-nın timsalında Avropaya rahatlıq vermir”

“Azərbaycanın müstəqil xarici siyasəti AŞPA-nın timsalında Avropaya rahatlıq vermir”

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Asambleyası (AŞPA) sentyabrın birində Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər göndərməyəcək. Qurumun məruzəçisi, öz antiazərbaycan və ermənipərəst mövqeyi ilə yaxşı tanıdığımız Frank Şvabe bunun səbəbini 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinə AŞPA müşahidəçilərinin dəvət olunmaması ilə izah edib:

 

“AŞPA-nın yanvar sessiyasında qəbul edilmiş hesabatda Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edildiyi əksini tapıb. Əgər Azərbaycan Avropa Şurasının qaydalarına tam əməl etməyə hazır olarsa, biz də başqa həll variantını nəzərdən keçirməyə hazır olacağıq”.

 

Məsələ ilə bağlı açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, reallıq isə ondan ibarətdir ki, bu gün dünyada AŞPA adlı qurumun varlığı ilə yoxluğu qətiyyən nəzərə çarpmır: “Ümumiyyətlə, bu strukturun konkret nə ilə məşğul olması özü böyük bir sualdır. İnsan haqlarının qorunması iləmi? Qətiyyən yox. Həmin Avropanın özündə insan haqları polis çəkmələri altında tapdanır, müqəddəs “Qurani-Kərim” yandırılır, AŞPA-nın gözü görmür.

 

Fransada, Belçikada, Niderlandda, elə Almaniyanın özündə müsəlmanların fəryadı göylərə yüksəlir, AŞPA-nın qulaqları eşitmir, irqçilik, diskriminasiya, islamafobiya baş alıb gedir, AŞPA-nın “qəlbi” duymur.

 

Amma Azərbaycanda bir cinayəkar həbs olunanda dərhal hay-küy salırlar ki, “ay aman, bəs filan ölkədə azadlıq, insan haqları, demokratiya və s. yoxdur”.

 

Fərid Şahbazlı bildirib ki, əslində isə AŞPA-nın tələbləri başqadır: “Onların istəyi “insan haqları”, “azadlıq” anlayışları ilə pərdələnərək homoseksualizmin, narkomaniyanın, fahişəliyin leqallaşdırılmasından başqa bir şey deyildir. AŞPA məhz bu “Avropa dəyərləri”ni digər ölkələrdə də bərqərar etməyə, İslamın, ailənin, tarixin dərinliklərinə gedib çıxan sağlam mənəviyyatımızın varlığına son qoymağa çalışır. Qardaş Türkiyənin Avropa Birliyinin qapılarında az qala yarım əsrdir gözləməsi də bunun canlı sübutudur.

 

Digər tərəfdən Şvabenin timsalında AŞPA-nın Azərbaycan üzərinə “qısqırdılması”nın kökündə dayanan səbəblər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, Qarabağda separatizmin kökünün kəsilməsi, ərazi bütövlüyümüzün bərpası, müstəqil xarici siyasət, beynəlxalq münaqişələrin həll edilməsində dialoq prinsipini rəhbər tutması, hərbi-siyasi bloklara qoşulmamasıdır. Türk-müsəlman Azərbaycanının məhz bu uğurları “xristian təssübkeşliyi”ndən, islamafobiyadan, imperial xülyalarından əziyyət çəkən AŞPA -nın timsalında Avropaya rahatlıq vermir. İndi də onlar bunun “qisas”ını Azərbaycandakı parlament seçkilərini müşahidə etməyə gəlməməklə almaq istəyirlər. Sual oluna bilər: gəlməsələr nə olacaq? Heç nə olmayacaq. Azərbaycan xalqı azad və demokratik formada seçmək hüququndan istifadə edəcək.

 

Atalarımız demişkən, “Xoruz yox idi, sabah açılmırdı?”.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...