Siyavuş Novruzov Şərurda seçicilərlə görüşdü - FOTO

Siyavuş Novruzov Şərurda seçicilərlə görüşdü - FOTO

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şərur şəhərində ziyalılar, ağsaqqallar, gənclər və idmançılarla görüşüb.

 

Sfera.az xəbər verir ki, Şərur Şəhər Mədəniyyət Sarayında şəhər seçiciləri, #ziyalılar, #ağsaqqallar, ilk dəfə səs verəcək #gənclər, #tələbələr#idmançılar ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev qeyd edib ki, növbədənkənar parlament seçkilərə ilk dəfə qatılacaq gənclərin, tələbələrin və idmançıların bu tədbirdə fəallıqla iştirak etməsi üçün təbii ki, onların aktiv seçki hüquqlarının izahı, müvafiq Seçki Məcəllənin əsas müddəaları ilə tanış edilmələri mühüm şərtlərdəndir. Eyni zamanda Ə.Babayev ziyalılara, ağsaqqallara, ilk dəfə səs verəcək gənclərə, tələbələrə və idmançılara YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, onun Naxçıvan Muxtar Respublikası ilə bağlılığı haqqında seçicilərə ətraflı və geniş məlumat vermişdir. YAP Şərur rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib və gənc seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

 

Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, YAP-ın seçki platformasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. Ölkəmizdə son illərdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərimizin Muxtar Respublikanın ictimai-siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb.

 

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".

 

 

Görüşdə çıxış edən "Şəhid ailələri" İctimai Birliyinin sədri Rəhim Mədətov, Şərur rayon Mərkəzi Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru, YAP fəalı Nüsrət Həsənov, təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov, gənc seçici Günel Quluyeva və digər gənclər çıxış edərək bu cür seçkiqabağı tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd ediblər. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.

 

Seçicilər, eyni zamanda, Prezident İlham Əliyevin Muxtar Respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

 

Seçicilər səsvermə prosesində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

 

Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...