Deputatlığa namizəd Rizvan Nəbiyev sakinlərlə görüşdü - FOTO

Deputatlığa namizəd Rizvan Nəbiyev sakinlərlə görüşdü - FOTO

Sentyabrın 1-də VII çağırış növbədənkənar parlament seçkiləri ilə əlaqədar 49 saylı Abşeron İkinci Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

 

Sfera.az bildirir ki, bu dəfəki görüş Masazır sakinləri ilə baş tutub.

 

“Masazırda sakinlərlə elə onların məhəllələrində görüşdük, səmimi söhbət etdik və hədəflərimizi açıqladıq. Təşviqat başlayandan bəri keçirdiyimiz səyyar görüşlərdə seçicilərimin seçkidə iştiraka olan böyük marağının şahid oluram. Hər birinizə təşəkkür edirəm, əziz seçicilər! Sizin səsiniz rayonumuzun daha da inkişafı naminə çox önəmlidir!”, - R.Nəbiyev qeyd edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR