Deputatlığa namizəd Günay Ağamalı şəhidin ailəsini ziyarət etdi – FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı şəhidin ailəsini ziyarət etdi – FOTO/VİDEO

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 26 Avqust 2024-cü ildə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində şəhid Şahlar Məmmədovun məzarını ziyarət edib, ruhuna dualar oxuyub.


Sfera.az xəbər verir ki, daha sonra Günay Ağamalı şəhidin ailəsinini ziyarət edib, onun valideynləri ilə görüşüb.


Səmimi keçən görüşdə ikinci Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərərək 25 yaşında Şəhadətə ucalan Şahlar Məmmədovun qısa və şərəfli ömür yolundan söz açılıb.


Günay Ağamalı DİN Daxili Qoşunların baş çavuşu şəhid Şahlar Məmmədovun Vətən sevgisindən, döyüş yolundan, igidliklərindən danışıb.

 

Qeyd edib ki, xalqımız qanları, canları ilə tarix yazan qəhrəman Vətən övladlarını heç zaman unutmayacaq, Şəhidlərimiz bizim qürurumuz və and yerimizdir.

 

G.Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan da danışıb.


Şəhidin anası Əzizə Məmmədova və atası Şahin Məmmədov Günay Ağamalıya fəaliyyətində və növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, ona öz xeyir-dualarını veriblər.

 


OXŞAR XƏBƏRLƏR