Qaya Məmmədov seçicilərlə səyyar görüşlərini davam etdirir - FOTOLAR

Qaya Məmmədov seçicilərlə səyyar görüşlərini davam etdirir - FOTOLAR
Kateqoriya məlum deyil
T

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir.

 

Sfera.az xəbər verir ki, namizədin seçicilərlə növbəti görüşü Yeni Günəşli və Qaraçuxur qəsəbəsində baş tutub.

 

“Yeni Günəşli və Qaraçuxurda daha üç ünvanda - Yeni Günəşli AB yaşayış sahəsi, bina 157, bina 80 və Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi bina 4 ünvanlarında sakinlərlə görüşərək platformamızı izah etdik və onların suallarını cavablandırdıq. Hörmətli seçicilərimizin məşğulluq, sosial təminat, çoxmənzilli bina təsərrüfatı, kommunal xidmətlər, küçələrin işıqlandırılması və digər məsələlərə dair dəyərli fikirlərini dinlədik”,- namizəd bildirib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR