Kamaləddin Qafarov seçicilərlə görüşdü - FOTOLAR

Kamaləddin Qafarov seçicilərlə görüşdü - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.
 

Sfera.az  YAP.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycanın bugünkü tərəqqisi hər bir vətəndaşımız üçün qürurvericidir: “Bu qüruru bizə yaşadan, dövlətimizin müstəqilliyini daha da möhkəmləndirən, qüdrətini daha da artıran, ərazi bütövlüyünü tam və bütöv edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməli və bu siyasi kursun davam etdirilməsi üçün çalışmalıyıq. Çünki bu siyasət dövlətimizin və xalqımızın gələcək inkişafının qarantıdır”.

 

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzolunmazdır: “Xalqımız məhz dahi şəxsiyyətin ölkəmizə siyasi hakimiyyətə qayıdışından sonra nicat yolu tapıb, ölkəmizdəki hərc-mərcliyə son qoyulub, Azərbaycan üçün yeni inkişaf mərhələsi başlanıb. Bu gün də bu inkişaf strategiyası ilə uğurla addımlayırıq”. O, seçiciləri parlament seçkilərində fəal olmağa və Ulu Öndərin qurucusu olduğu
YAP-ın namizədinə səs verməyə çağırıb.
 

Görüşdə seçicilərdən Dilarə Qasımova, Bəhram Şiriyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ötən bütün seçkilərdə qələbə qazanması xalqın inam və etibarının bariz nümunəsidir. Vurğulanıb ki, növbəti seçkilərdə də bu partiyanın parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
 

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...