"Rusiyanın raket hücumu enerji sektoruna ciddi ziyan vurub" - Ukraynalı nazirdən AÇIQLAMA

"Rusiyanın raket hücumu enerji sektoruna ciddi ziyan vurub" - Ukraynalı nazirdən AÇIQLAMA

“Rusiyanın Ukraynaya raket hücumundan sonra ölkənin bəzi ərazilərində elektrik və su təchizatında fasilələr yaranıb. Ekpsertlər Ukraynanın enerji sektorundakı vəziyyəti çətin qiymətləndirirlər”.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ukraynanın energetika naziri German Qaluşenko öz “Facebook” səhifəsində paylaşıb. Nazir yazıb ki, ölkənin infrastrukturuna dəyən zərərin həcmi barədə məlumatlar zaman keçdikcə ictimaiyyətə açıqlanacaq:

 

“O zaman ekspertlər düşmənin atəşinin nəticələrini qiymətləndirə biləcəklər”.

 

Qeyd edək ki, bu gecə Rusiya ordusu bombardmançı təyyarələrdən, PUA-lardan və Qara dənizdə yerləşən gəmilərdən Ukraynayaya hücum edib. Rusiyanın hücumunun hədəfi enerji infrastrukturu olub.

 

Vasif


OXŞAR XƏBƏRLƏR