"NATO-Rusiya toqquşması baş verəcək, lakin indi..." - ŞƏRH

"NATO-Rusiya toqquşması baş verəcək, lakin indi..." - ŞƏRH

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar NATO-nu tənqid edib. O, bu barədə “Hürriyət”ə müsahibəsində danışıb. “NATO Rusiyanın hücumlarının dayandırılması istiqamətində lazım olanları etmir. Biz səmimi şəkildə alyansa deyirik ki, özünüzü müdafiə etməyin ən yaxşı yolu Ukraynanı müdafiə etməkdir. Beləliklə, sabah Rusiyanın hansısa NATO ölkəsinə hücum etmək imkanı olmaz. Digər tərəfdən NATO-ya üzv ölkələrin xalqlarının bu müharibəyə qoşulmasını və bizim üçün döyüşməsini istəmirik. Bizim NATO-ya üzvlük iddiamız isə müharibədən sonrakı dövrlərə aiddir. İndi Ukrayna həm də NATO-nu müdafiə edir. Gələcəkdə Kiyevin NATO-ya üzvlüyü Alyansa ciddi töhfə olacaq”, - səfir qeyd edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibə uzandıqca NATO müttəfiqləri arasında fikir ayrılıqları güclənir:

 

“Məsələn, alyansın aparıcı üzvü olan Türkiyə ilə digərlərinin Rusiya barədə mövqeyi üst-üstə düşmür. Yaxud da bir müddət əvvəl Fransanın Ukraynaya qoşun göndərməklə bağlı təkliflərini NATO-nun əksər üzvləri tənqidlə qarşıladı. Gələcəkdə Ukrayna müharibəsi fonunda NATO daxilində ziddiyyətlərin güclənməsi gözləniləndir. Birbaşa toqquşma nə Rusiya, nə də NATO-ya sərf edir. Bu, Üçüncü Dünya müharibəsinin rəsmi şəkildə elan olunması ilə yanaşı, həm də nüvə silahının tətbiqi ilə bağlı ciddi risklər yarada bilər. Odur ki, alyans ölkələri prosesin o mərhələyə qədər çatmasını istəmir.  Səfirin dediklərindən belə başa düşmək olar ki, NATO-nun iki yolu var: ya Ukraynaya dəstəyi kəskin artıraraq Rusiya ilə birbaşa toqquşmaya getməli, ya da Rusiyanın hansısa müttəfiq ölkəyə hücumunu gözləməlidir. Deməli, gec- tez NATO- Rusiya toqquşması baş verəcək”.

 

Şərhçi bildirib ki, müharibə davam etdikcə Rusiyanın hansısa NATO ölkəsinə hücum edəcəyi inandırıcı görünmür:

 

“Bu, Rusiyaya qarşı ikinci cəbhənin açılması deməkdir.  Alyans, yəqin ki, mümkün qədər savaşı uzatmağa çalışacaq. Ukraynanın NATO-ya üzvlüyünə gəldiksə isə deməliyik ki, bu, indiki an üçün qeyri-mümkündür. Yalnız müharibə başa çatandan sonra rəsmi Kiyevin üzvlüyü barədə danışmaq olar. Müharibə başa çatandan sonra Ukraynanın alyansa daxil olub-olmayacağı isə sual altındadır.  Amma perspektivdə Ukraynanın NATO ilə Rusiya arasında bölünməsi ehtimalı var. Ola bilsin, nə vaxtsa rəsmi Kiyev Rusiyanın tutduğu ərazilərin onda qalmasına razı olacaq və qalan əraziləri ilə alyansın üzvünə çevriləcək. Hərçənd bu, uzaq perspektivdə Rusiya üçün daha ciddi və davamlı təhdid yaradacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...