“Abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük”

“Abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük”

Suverenliyimizin tam bərqərar edilməsindən sonra keçirilən şəhər günlərinin xüsusi tarixi əhəmiyyəti var. 30 ilə yaxın müddətdə Laçın şəhəri də digər yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalmışdı.

 

Ermənistan işğal dövründə məqsədli şəkildə Laçın şəhərində də qanunsuz məskunlaşma aparıblar, Suriya və Livandan erməni əsilli insanları gətirib bu ərazilərdə qanunsuz yerləşdirərək hərbi cinayəti davam etdirirdilər. Ermənistanın sərhəd tanımayan təxribatları 2-ci Qarabağ savaşından sonra da davam edirdi. Təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə, yəni müharibədən sonra 1400-dən çox yeni mina döşəmişdilər. Təbii ki, bu, bizə qarşı açıq terror hərəkəti idi. 2023-cü il Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı bu təxribatlara da son qoydu.


Antiterror əməliyyatlarından əvvəl isə  - 2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyuldu. Bu, Azərbaycanın öz gücünə əminliyinin ifadəsi idi. Bütün beynəlxlalq təzyiqlərə rəğmən heç kim rəsmi Bakını öz yolundan döndərə bilmədi.  Beləliklə, 23 apreldə sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası demək idi. Azərbaycan bunu beynəlxalq hüquq normaları çərçivəsində etdi. 


Avqustun 26-dan  - Laçın şəhərinin azad olunmasından dərhal sonra isə Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazilərə bir neçə qrup göndərildi, bütün yaşayış fondunun təhlili, uçotu aparıldı, dəymiş ziyan hesablandı. Qısa zamanda Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən quruldu.


2023-cü il, mayın 28-də - Müstəqillik Günündə dövlət başçımız birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdi. Beləliklə, Laçının dirçəliş dövrü başladı. Bu günə qədər 522 ailə - 2031 nəfər Laçın sakini doğma yurduna qayıdıb. Laçın şəhəri cəmi 8 ay ərzində yenidən qururldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...