Deputatlığa namizəd Qaya Məmmədov ağsaqqallarla görüşüb - FOTO
Siyasət
17:18 / 24.08.2024
8539
Deputatlığa namizəd Qaya Məmmədov seçkiqabağı təşviqat çərçivəsində Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində bir qrup ağsaqqalla səyyar görüş keçirib.
Sfera.az xəbər verir ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd olan Q.Məmmədov keçirdiyi görüşdə Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini Əli Qasımov və digər hörmətli ağsaqqalların fikirlərini dinləyib, seçki prosesinə dair onların qaldırdıqları məsələləri öyrənib və ağsaqqqalların suallarını cavablandırıb.
Q.Məmmədov ağsaqqallarla birgə həmin küçədə şəhid Muxtar Qasımlı və şəhid Orxan Qəhrəmanovun əziz xatirələrinə ucaldılan bulağa da baş çəkib.
Altay