Deputatlığa namizəd Soltan Məmmədov gənclərlə görüşdü - FOTOLAR

Deputatlığa namizəd Soltan Məmmədov gənclərlə görüşdü - FOTOLAR

Parlament seçkilərində 12 saylı Xəzər Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Soltan Məmmədov dünən Mərdəkan, Şağan və Buzovna qəsəbəsindən olan gənclərlə görüş keçirib. 


Sfera.az xəbər verir ki, görüşdə deputatlığa namizəd gənclərlə fikir mübadiləsi aparıb, ölkəmizin bu günü və gələcəyi haqqında onların düşüncələrini öyrənib. 


O bu görüşdən məmnun olduğunu ifadə edib: “Gənclərlə görüş zamanı növbəti dəfə əmin oldum ki, vətənimizin gələcəyi etibarlı əllərdədir.


Milli ruhda böyümüş və tərbiyə almış bu övladlarımızın hər biri öz sahəsinin qabaqcıllarıdır. Aralarında rəssam da var, heykəltaraş da, musiqiçi də, gənc alim də. Belə gənclərlə necə fəxr etməmək olar?


Görüşümüzdə xoş bir sürprizlə də qarşılaşdım. Gənc rəssam Əlihümbətova Leyla dünən Qarabağ Universitetinin dizayn fakültəsinə qəbul olunub. Leyla xanımı və ailəsini bu böyük uğurla əlaqədar olaraq təbrik edirəm. Necə ki, qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə canları bahasına torpaqlarımızı işğalçılardan təmizləyərək dövlətimizin təhlükəsizliyini dizayn ediblər, əminəm ki, Leyla xanım da Qarabağ Universitetini müvəffəqiyyətlə bitirib azad olunmuş yurdumuzda onlarla yaşayış və inzibati binanın, mədəniyyət və incəsənət mərkəzlərinin dizaynı üzərində çalışacaq!”


Altay 

 


OXŞAR XƏBƏRLƏR

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...

İdman üçün mükəmməl seçim: Qaçış Aparatı və Velosiped Məşq Cihazı

Qaçış aparatı, evdə məşq üçün ən populyar cihazlardan biridir. Bu, istənilən vaxt məşq etməyə imkan tanıyır, hava şəraitindən asılı olmayaraq. Aparat soyuq iqli...

"300 min manat kredit borcum var"

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, o, kredit borclarından danışıb.&nb...

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat ...

“Yeni lisey və gimnaziyalar yaradılacaq” - Emin Əmrullayev

"Hazırda Azərbaycanda 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqların ...