İlham Əliyev Ukrayna Prezidentinə təbrik məktubu GÖNDƏRDİ

İlham Əliyev Ukrayna Prezidentinə təbrik məktubu GÖNDƏRDİ

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

 

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

 

Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.

 

Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...