Günay Ağamalı Salyan rayonunda ziyalılar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşü - VİDEO/FOTO

Günay Ağamalı Salyan rayonunda ziyalılar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşü - VİDEO/FOTO

Deputatlığa namizəd Günay Ağamalı  Salyan rayonunda ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşdü.

 

Sfera.az xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbirdə çıxış edən namizədin vəkili, şəhid Kamran Quliyevin anası Arzu Quliyeva G.Ağamalını Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə dəstəklədiyini bildirərək, onun yanında olacağını, seçkilərdə ona səs verəcəyini söylədi və öz xeyir-duasını verərək, bütün görüş iştirakçılarını G.Ağamalıya səs verməyə dəvət etdi.

 

Seçki platformasının əsas məqamlarını görüş iştirakçılarının diqqətinə çatdıran Günay Ağmalı deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalığacağını əminliklə vurğuladı.

 

G.Ağamalı bütün görüşlərində fəxrlə söylədiyi “Biz Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq” sözlərini bir daha böyük məmuniyyətlə etiraf etdi. O, Ümummilli Liderimizin dövlətçilik konsepsiyasını və siyasi kursunu ugurla davam etdiən cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi. 

 

Günay Ağamalı çıxışının sonunda səsləndirdiyi “Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin haqqınız, sizin hüquqlarınızın müdafiəçisi olum. Gəlin millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

 

Görüşdə çıxış edən Əməkdar müəllimlər Gülşən Piriyeva, Sehranə Rzayeva və digər seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildirdilər.


Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

 


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...