Elçin Mirzəbəyli Gəgəli kəndində və Ağsu şəhərində seçicilərlə görüşdü - FOTO

Elçin Mirzəbəyli Gəgəli kəndində və Ağsu şəhərində seçicilərlə görüşdü - FOTO

Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Gəgəli kəndində və Ağsu şəhər Mədəniyyət və istirahət parkında seçicilərlə görüşüb.

 

Sfera.az xəbər verir ki, Gəgəli kəndində keçirilən görüşdə seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli bildirib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var.

 

Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd qeyd edib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar. Elçin Mirzəbəyli vaxtilə Qafqaz İslam Ordusunda, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda Gəgəli obasının 6 sakininin də xidmət etdiyini xatırladıb, ötən əsrin əvvəllərində erməni quldur dəstələrinin, terrorçuların yuxusuna haram qatan Gəgəlili Səfərin həmkəndlilərinin birinci və ikinci Qarabağ müharibəsində də böyük fədakarlıq nümayiş etdirdiyini dilə gətirib. Sonra Elçin Mirzəbəyli, ona etimad göstəriləcəyi təqdirdə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə irəli sürəcəyi təşəbbüslər haqqında Gəgəli kəndinin sakinlərinə ətraflı məlumat verib.

 

Daha sonra deputatlığa namizəd Gəgəli kəndindən olan seçicilərin çoxsaylı suallarını cavablandırıb, onları narahat edən məsələlərin həlli yollarından söz açıb.

 

Deputatlığa namizədin növbəti görüşü Ağsu şəhər Mədəniyyət və istirahət parkında keçirilib. Elçin Mirzəbəyli burada da öz seçki platformasından danışıb, seçicilərin suallarını cavablandırıb.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...