Kamala Harrisin prezidentliyə namizədliyi rəsmən qəbul edildi

Kamala Harrisin prezidentliyə namizədliyi rəsmən qəbul edildi

Kamala Harrisin prezidentliyə namizədliyi rəsmən qəbul edilib. 

 

Sfera.az bildirir ki, o, Demokratlar Partiyasının Çikaqoda keçirilən konqresinin son günündə çıxış edib. “Bilirəm ki, hər cür siyasi baxışdan olan insanlar bunu izləyirlər. Söz verirəm ki, bütün amerikalıların prezidenti olacağam”, - Harris deyib.

 

O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın Ukraynadakı müharibə ilə bağlı keçmiş şərhlərini tənqid edərək, rəsmi Kiyev və NATO-nu müdafiə edib. Harris iki ildən artıqdır ki, Rusiyaya qarşı mübarizə aparan Ukraynanı dəstəklədiyini bir daha bəyan edib: “Prezident kimi mən Ukraynanın və NATO müttəfiqlərimizin yanında möhkəm dayanacağam”.

 

Demokratlar Partiyasının namizədi həmçinin 2022-ci ilin fevralında Rusiya işğalının başlamasından beş gün əvvəl prezident Zelenskiyə xəbərdarlıq etdiyini də vurğulayıb. 

 

ABŞ Prezidenti Co Bayden administrasiyasının İsraillə bağlı mövqeyindən söz açan Harris bildirib ki, Amerika əsas müttəfiqini həmişə müdafiə edəcək. Bununla belə, o xatırladıb ki, Qəzzada 10 aydan artıqdır, davam edən müharibədə çoxlu günahsız insan həlak olub: “İndi girov müqaviləsi və atəşkəs sazişi bağlamağın vaxtıdır”.

 

İmmiqrasiya siyasətinə toxunan Harris bu il Konqresdə qəbul edilməyən ikitərəfli sərhəd təhlükəsizliyi qanun layihəsinin gələcəyinin Donald Trampdan asılı olduğunu bildirib. "Donald Tramp sərhəd razılaşmasının onun kampaniyasına zərər verəcəyinə inanır. Ona görə də, Konqresdəki müttəfiqlərinə müqaviləyə zərər verməyi əmr edib. Odur ki, sözügedən qanun layihəsini geri qaytarmağı və onu imzalamağı planlaşdırıram”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...