Fransa və Hindistanın Ermənistanı silahlandırmaqdakı məqsədi nədir? - ŞƏRH

Fransa və Hindistanın Ermənistanı silahlandırmaqdakı məqsədi nədir? - ŞƏRH

Ermənistan hansı ölkədən mümkündürsə, silah və hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və hər iki ölkə Ermənistana silah göndərməkdə davam edir. 

 

Bəs Fransa və Hindistanın Ermənistanı silahlandırmaqdakı məqsədi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Fransa üçün Ermənistana hərbi texnika satışı geosiyasi əhəmiyyət daşıyır, Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən iqtisadi amillə bağlıdır:

 

“Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandırmaqda maraqlıdır. Ermənistanın aldığı həbi texnikaya görə Fransaya maliyyə ödəməsi barədə məlumat yoxdur. Bu kredit şəklində həyata keçirilə bilər.Hindistan isə hərbi-sənaye kompleksini inkişaf etdirir. Hindistan son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artıb. Hindistan onlarla ölkəyə silah satmağa çalışır. Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında müdafiə ixracı bir əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir”.

 

Ekspert bildiirb ki, Dehlinin Ermənistana hərbi texnika satması Azərbaycanda narazılıqla qarşılanıb:

 

“Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib. Buna görə də, rəsmi Bakı Dehlinin bu siyasətini korrektə etməsini istəyir”. 

 

E.Şahinoğlunun sözlərinə görə, Fransa və Hindistanla yanaşı ABŞ və Almaniyanın da Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirmələrinə dair xəbərlər var:

 

“Maraqlıdır ki, Ermənistanın silahlandırılmasında əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın Ermənistana göndərdikləri silah və hərbi texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya da İran marşrutu ilə Ermənistanı silahlandırırdı”.

 

Siyasi şərhçinin fikrincə, Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər:


“Rəsmi Bakı Ermənistanın silahlandırılmasının bölgədə yeni münaqişəyə səbəb olacağı barədə daima bəyanatlar verir. Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmayacağını bildirsə də, bu İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmayıb. Bu vəziyyətdə Azərbaycan da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...