Günay Ağamalı fərdi yaşayış evində seçicilərlə görüşdü - FOTO/VİDEO

Günay Ağamalı fərdi yaşayış evində seçicilərlə görüşdü - FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun fərdi yaşayış evində seçicilərlə görüşüb. Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Elçin Quliyev, könüllü Sudeyf Fərhadov namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər.

 

Sfera.az xəbər verir ki, görüşdə çıxış edən Günay Ağamalı səmimi münasibətə və qonaqpərvərliyə görə seçicilərə təşəkkürünü və minnətdarlığını bildirdi. 

 

O, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan və ağbirçəklərdən, ziyalılardan, sadə insanlardan aldığı xeyir-duanın onda qürur hissi yaratdığını böyük məmuniyyətlə etiraf edib.

 

G.Ağamalı seçki plafatformasının əsas qayəsinin Salyan-Biləsuvar-Neftçala rayonlarında erkən nigah, peşə təhsili, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, yaşlı və kimsəsiz ahıllara diqqətin yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, sahibkarlığın və özəl sektorun inkişafına dəstək və digər məsələlər olduğunu söyləyib.

 

G.Ağamalı Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan da ətraflı söz açıb.

 

Seçkilərlə görüşün əsas devizi kimi: “Gəlin birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” olduğunu deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün səylə çalışacağını vurğulayıb.

 

O, çıxışının sonunda  seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

 

Səmimi keçən görüşdə seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildiriblər.

 

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

 


OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...