"Dünyada nüvə silahının və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dir” - Çin rəsmisi

"Dünyada nüvə silahının və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dir” - Çin rəsmisi

Ötən günlərdə ABŞ Prezidenti Co Baydenin mart ayında Çinin nüvə imkanlarının genişləndirilməsinə yönəlmiş məxfi nüvə strateji planını təsdiqlədiyi ortaya çıxıb. İddialara görə, yeni strategiya "nüvə silahlarının istifadəsinə dair Təlimat" (Nuclear Employment Guidance) adlanır və ABŞ-nin Rusiya, Şimali Koreya və Çin ilə münaqişə ehtimalını nəzərdə tutur. Lakin Ağ Ev strategiyanı rəsmən açıqlamayıb.

 

Sfera.az bildirir ki, bununla bağlı artıq Çindən reaksiya gəlib. Bu barədə Çin xarici işlər nazirliyinin sözçüsü Mao Ninq açıqlama verib.

 

O, Pekində keçirilən mətbuat konfransında çıxışı zamanı ABŞ-nin son illərdə ölkəsini “nüvə təhdidi” kimi qələmə verdiyini vurğulayıb:

 

“Bundan nüvə tərksilahı öhdəliyindən yayınmaq, nüvə arsenalını genişləndirmək və mütləq strateji üstünlük əldə etmək üçün bəhanə kimi istifadə ediblər. Lakin dünyada nüvə risklərinin və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dir”.

 

Mao Ninq vurğulayıb ki, Çinin nüvə arsenalının həcmi heç bir halda ABŞ ilə eyni səviyyədə deyil: “Biz çalışırıq ki, nüvə silahından ilk istifadə edən olmayaq. Nüvə potensialımızı milli müdafiə üçün tələb olunan minimum səviyyədə saxlayırıq. Bizim başqa ölkələrlə silahlanma yarışına girmək niyyətimiz yoxdur. ABŞ qlobal və regional sülhə xələl gətirən, nüvə ittifaqının genişləndirilməsi kimi mənfi addımlarına son qoymalıdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Tailand bölgədəki gərginlik səbəbindən yeddi əyalətdə Kamboca ilə sərhədi bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "The Guardian"...