Siyavuş Novruzov I Qarabağ müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi - FOTO

Siyavuş Novruzov I Qarabağ müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi - FOTO

21 avqust 2024-cü il tarixində Şərur rayonunun Yuxarı Daşarx kəndində şəhid Fərəcov Asəf Təvəkkül oğlunun və şəhid Əsədov Şövdü Məhəmməd oğlunun evlərində keçirilən görüşlərdə şəhidlərimizin xatirəsi anılıb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb.

 

Sfera.az xəbər verir ki, görüşlərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhunun şad olduğunu deyib. 

 

 

Bildirib ki, çünki uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Vətən uğrunda rəşadətlə vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır. 

 

Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

 

Görüşün sonunda Siyavuş Novruzov qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduğunu bildirən YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov onlara Allahdan rəhmət, ailələrinə səbr diləyib. (//www.facebook.com/story.php?story_fbid=946683657470455&id=100063864873867&rdid=CdSiJhIZCiqTnszb)

 

Fidan

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...