Elçin Mirzəbəyli Pirhəsənli və Növçü kəndlərində seçicilərlə görüşüb - FOTO

Elçin Mirzəbəyli Pirhəsənli və Növçü kəndlərində seçicilərlə görüşüb - FOTO

Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Pirhəsənli və Növçü kəndlərində seçicilərlə görüşüb.

Pirhəsənli kəndində keçirilən görüşə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, sabiq millət vəkili Əliməmməd Nuriyev, Aznews.az portalının rəhbəri, tanınmış jurnalist və ekspert Taleh Şahsuvarlı da qatılıblar.

Day.Az xəbər verir ki, görüşdə çıxış edən Əliməmməd Nuriyev Elçin Mirzəbəylinin keçdiyi yoldan, piblisist və siyasi ekspert kimi fəaliyyətindən danışıb, onun milli dünyagörüşünə, yüksək intellektə və bacarığa malik olduğunu vurğulayıb. Əliməmməd Nuriyev Elçin Mirzəbəylinin Ağsu seçicilərini layiqincə təmsil edəcəyini qeyd edib və seçiciləri ona səs verməyə çağırıb.

Taleh Şahsuvarlı isə öz növbəsində Elçin Mirzəbəylinin siyasi ekspert, jurnalist kimi fəaliyyətini qeyd edməklə, onun xarakterik cizgilərindən söz açıb və qeyd edib ki, Elçin Mirzəbəyliyə xas olan önəmli cəhətlərdən biri də onun insanlara xüsusi həssaslıqla və ehtirabla yanaşmasıdır.

Daha sonra çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.

Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların suallarını cavablandırıb.

Deputatlığa namizədin növbəti görüşü Növçü kəndində keçirilib. Elçin Mirzəbəyli burada da öz seçki platformasından söz açıb, seçicilərin suallarını cavablandırıb.

Qeyd edək ki, Pirhəsənli kəndində keçirilən görüşü ATƏT-in müşahidə missiyasının təmsilçiləri də izləyiblər.

Elçin Mirzəbəyli Pirhəsənli və Növçü kəndlərində seçicilərlə görüşüb

OXŞAR XƏBƏRLƏR

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restor...