Kamaləddin Qafarov seçicilərlə GÖRÜŞDÜ - FOTOLAR

Kamaləddin Qafarov seçicilərlə GÖRÜŞDÜ - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun seçicilərlə məhəlli görüşləri keçirilib.

 

Sfera.az yap.org.az-a istinadən xəbər verir ki, deputatlığa namizəd görüşdən öncə Vətən müharibəsi şəhidi Teymur Zeynalovun yaşadığı Əhmədbəy Ağayev küçəsində şəhidin xatirəsinə ucaldılmış bulağı ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

 

Daha sonra Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin seçiciləri ilə görüşdə Kamləddin Qafarov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirildiyini və bu siyasətin dövlətimizin və xalqımızın inkişafının, milli təhlükəsizliyimizin əsl qarantı olduğunu söyləyib.

 

K.Qafarov seçiciləri parlament seçkilərində partiyanın namizədlərinə səs verməyə çağırıb.

 

Seçicilər çıxışlarında öz fikir və təkliflərini səsləndirib, birgə fikir mübadiləsi aparılıb. Deputatlığa namizəd səsləndirilən bütün fikirlərin diqqətədə saxlanılacağını və həlli istiqamətində konkret addımların atılacağını söyləyib.

 

Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəklədiklərini və seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...