Lukaşenko vəzifədən gedəcəyini açıqladı: Postu kimə verəcək, oğluna, yoxsa Koçanovaya?

Lukaşenko vəzifədən gedəcəyini açıqladı: Postu kimə verəcək, oğluna, yoxsa Koçanovaya?

Ötən günlərdə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini dövlət başçısı postundan getməsinə hazırlayır. Bu barədə o, “Rossiya” telekanalına müsahibəsində danışıb. “Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun. İnqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma, ümumiyyətlə,  insanlar özlərini rahat hiss edirlər”, - Belarus lideri bildirib.

 

Sözügedən açıqlamanın pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, hazırda siyasi hakimiyyətdə prezidentdən sonrakı nüfuzlu şəxs parlamentin xanım sədri Natalya Koçanovadır. Onun sözlərinə görə, uzun müddət Prezident Admistirasiyanın rəhbəri və Baş nazirin müavini kimi bir çox mühüm dövlət vəzifələrində çalışmış Koçanovanın Belarusun yeni prezidenti olaraq hazırlanması Qərb mediası tərəfindən də ardıcıl şəkildə tirajlanır:

 

“Ancaq xanım spikerin yaşının çoxluğu,  həmçinin qadın olması onun şansını bir qədər azaldır. Hələ 2020-ci ildə Txinovskaya ilə yarışarkən Lukaşenko özündən sonra ölkəyə qadının rəhbərlik etməsini arzu etmədiyini bildirmişdi. Təbii ki, onun qərarı dəyişə də bilər. Sözsüz ki,  Belarusun yeni prezidentinin kimliyi Moskvadan daha çox asılıdır. Rəsmi Minskin ən böyük müttəfiqi olan Rusiya 2022-ci ildə Belarusa çox önəmli fiquru səfir göndərmişdi. Bu şəxs uzun illər hakim Vahid Rusiya Partiyasına sədrlik etmiş, həmçinin Daxili işlər naziri və Dövlət Dumasının sədri vəzifələrində çalışmış Boris Qrızlov idi. Qrızlovun təyinatı Qərb mediasının diqqətindən qaçmamışdı. Onun təqaüddən geri çağırılıb Belarusa göndərilməsi isə uzun müddət müzakirə edilmişdi. Keçmiş spikerin səfir fəaliyyəti Rusiyadan uzaqlaşmağa başlayan Belarusu yenidən əvvəlki mövqeyinə qaytardı”.

 

Z.Əmrəliyev qeyd edib ki, Rusiyanın hazırda Belarusda mühüm əlaqələrə malik olduğu şəxs Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkodur:

 

“Oğul Lukaşenkonun nəinki Qrızlov və Rusiya hakimiyyəti ilə, keçən il baş vermiş qiyamdan sonra Belarusda yerləşməyə başlayan “Vaqner” komandanlığı ilə də gözəl münasibətləri var idi. Həmçinin Viktor Lukaşenkonun hazırda Rusiya Baş nazirin müavini olan Dmitri Patruşevlə arası yaxşıdır.  Məhz Patruşev Rusiyanın kənd təsərrüfatı naziri olarkən oğul Lukaşenko ilə əlaqələri fonunda iki ölkə arasında aqrar sənayə sahəsində sıx əməkdaşlıq mühiti quruldu. Viktorun Çeçenistan rəhbəri Ramzan Kadırov, Çayka ailəsi və Kovalçuklarla yaxın əlaqəsinin olduğu da həm Rusiya, həm də Belarusda yaxşı bilinir. Görünür ki, Kreml ata Lukaşenkonu oğlu ilə əvəz etməkdə həvəslidir. Ancaq 30 ildir, Belarusa rəhbərlik edən Aleksandr Lukaşenko buna hələ ki tələsmir. Buna görə də prezidentlikdən getməyə hazırlaşan Aleksandr Lukaşenko varisinin adını gizli saxlayır və hakimiyyəti sakit şəkildə ötürməyə çalışır. Lukaşenko qəflətən istefa verib postunu tərk edərsə, o zaman xanım spikerin hakimiyyətə gəlmək şansı daha çoxdur. Əks halda, növbəti seçkilərdə ən şanslı namizəd yenə də Lukaşenko soyadı ola bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...