Rusiya Kurskda əsgər sayını artırır: "Yaxın günlərdə..."

Rusiya Kurskda əsgər sayını artırır: "Yaxın günlərdə..."

Rusiya Kurska daxil olan Ukrayna ordusunun qarşısını kəsmək üçün regionda əsgər sayını artırır. Artıq Rusiyanın Kursk istiqamətində cəmləşdirdiyi əsgərlərin sayı 25 min nəfərə çatıb.


Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda açıqlamanı ukraynalı hərbi ekspert Sergey Zqurets verib. 


Ekspert müxtəlif mənbələrdən alınan məlumatlara istinadən bildirib ki, Qluşkovski rayonu istiqamətində 5 minə qədər şəxsi heyət cəmləşib, Lqov və Rılsk istiqamətində olan mərkəzi zonaya isə təxminən 8 min qüvvə cəlb olunub.


Zqurets daha çox əsgəri qüvvənin Sudjanın şərqində olduğunu deyib. Onun məlumatına görə, burada 11 minə qədər əsgər yerləşdirilib.  


Ekspert iddia edir ki, cəlb olunan əsgərlərin çox hissəsi Rusiyanın müxtəlif bölmələrinin şəxsi heyəti, o cümlədən ehtiyat qüvvələr və şərq hissədə xidmət aparan əsgərlərdir.


Zqurets Rusiyanın Kurska daha çox əsgər və texnika cəlb etdiyini nəzərə alaraq yaxın günlərdə vilayət ərazisində böyük toqquşmaların olacağını proqnozlaşdırır: “Vəziyyət dinamikdir və yaxın gələcəkdə bir çox mühüm hadisə baş verəcək. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, başqa ölkənin hərbi hissələri Rusiya Federasiyasının ərazisinə daxil olur”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...