"İsrail ordusunu Qəzzadan çıxarmağa razıdır" - Blinken

"İsrail ordusunu Qəzzadan çıxarmağa razıdır" - Blinken

“Birləşmiş Ştatlar Qəzzada uzunmüddətli gərginliyi qəbul etmir. Daha dəqiq desək, razılaşmada İsrail ordusunun Qəzzadan çıxarılmasının qrafiki və yerləri çox aydındır və İsrail bununla razılaşıb”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir  ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Dohada jurnalistlərə bildirib.

 

Xatırladaq ki, Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə məsləhətləşmələrin növbəti raundu avqustun 15 və 16-da Dohada keçirilib. Misir, Qətər və ABŞ liderləri danışıqlardan sonra verdikləri birgə bəyanatda bildiriblər ki, görüş müsbət atmosferdə keçib və tərəflər növbəti görüşü gələn həftə Qahirədə keçirmək barədə razılığa gəliblər. Texniki qruplar gələcək sazişin əsas müddəalarının həyata keçirilməsi mexanizmləri, o cümlədən Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə mübadiləsi, habelə anklavdakı humanitar vəziyyətlə bağlı işləri davam etdirəcəklər.

 

Avqustun 19-da Benyamin Netanyahu ilə görüşdən sonra Blinken jurnalistlərə bildirib ki, İsrailin Baş naziri danışıqlarda fikir ayrılıqlarının aradan qaldırılması təklifini qəbul edib. İndi onun sözlərinə görə, eyni şeyi etmək HƏMAS-ın əlindədir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...