"Tələyə düşdük, lakin Ukrayna ilə barışıq ola bilməz" - Rusiya rəsmisi

"Tələyə düşdük, lakin Ukrayna ilə barışıq ola bilməz" - Rusiya rəsmisi

“Düşmən tamamilə məğlub olana qədər Moskva ilə Kiyev arasında barışıq ola bilməz”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram”da yazıb.

 

“Nəzəri cəhətdən də olsa, son vaxtlar bir təhlükə var - danışıqlar tələsi... Ölkəmiz müəyyən şəraitdə bu tələyə düşə bilər, lakin Ukrayna Kurska hücum edəndən sonra hər şey öz yerinə düşdü. Yəni düşmən tamamilə məğlub olana qədər danışıqlar aparılmayacaq!” - Dmitri Medvedev qeyd edib.

 

Onun sözlərinə görə, belə şəraitdə atəşkəsin gətirə biləcəyi qeyri-müəyyən perspektivlər var. 

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynanın Kursk bölgəsinə hücumundan sonra sülh danışıqlarının mümkünsüzlüyündən danışıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR