YAP hər zaman xalqımızla birgə addımlayıb

YAP hər zaman xalqımızla birgə addımlayıb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

 

Sfera.az Yap.org.az-a istinadən bildirir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsindən sonra yeni inkişaf dövrünə qədəm qoyub: “Hazırda Azərbaycanın hər yerində, xüsusilə Qarabağda yenidənqurma, infrastruktur layihələri uğurla icra olunur. Milli maraqlarımıza, dövlətimizin və xalqımızın inkişafına istiqamətlənmiş siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir”.

 

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov bildirib ki, bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurlar gələcək inkişafımızın zəmanətidir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivini hədəfləyir.

 

Görüşdə Vətən müharibəsi şəhidi Rövşən Hüseynovun qardaşı Rafael Hüseynov, ilk dəfə səs verəcək gənclər Amal Quliyev, Fidan Əzimzadə və digərləri çıxış ediblər. Qeyd olunub ki, əldə olunan tarixi nailiyyətlərə görə parlament seçkilərində bir daha YAP-a etimad göstəriləcək.

 

 

  • YAP hər zaman xalqımızla birgə addımlayıb
  • YAP hər zaman xalqımızla birgə addımlayıb
  • YAP hər zaman xalqımızla birgə addımlayıb
  • YAP hər zaman xalqımızla birgə addımlayıb
  • YAP hər zaman xalqımızla birgə addımlayıb
  • YAP hər zaman xalqımızla birgə addımlayıb

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...