Deputatlığa namizəd Qaya Məmmədov şəhid Muxtar Qasımlının məzarını ziyarət etdi - FOTO

Deputatlığa namizəd Qaya Məmmədov şəhid Muxtar Qasımlının məzarını ziyarət etdi - FOTO

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov şəhid Muxtar Qasımlının valideynləri ilə birlikdə onun məzarını ziyarət edib.

 

Sfera.az bildirir ki, bu barədə deputatlığa namizəd özü paylaşım edib. O xatırladıb ki, fərdi bədən tərbiyəsi üzrə Azərbaycan çempionu olmuş Muxtar Qasımlı 2020-ci il oktyabrın 2-də 27 yaşında Füzulinin azad edilməsi zamanı öz döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. 

 

“Onun anası Almaz xanım və atası Əli müəllim fəal ictimai fəaliyyətləri ilə Muxtar Qasımlının və digər şəhidlərimizin nümunəvi həyat və döyüş yolunu işıqlandırırlar və bununla gənc nəslin vətənpərvər ruhda böyüməsinə öz töhfələrini verirlər. Almaz xanım və Əli müəllim yorulmaz fəaliyyətləri ilə şəhidlərimizin əziz xatirəsini yaşatmaqdan təsəlli tapırlar. Almaz xanımın və Əli müəllimin nümunəsində şəhidlərimizin yaxınlarının mətanəti qarşısında baş əyir və  Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”, - Q.Məmmədov qeyd edib.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR