Logo

Türkiyə İraqda əməliyyat keçirdi: PKK lideri MƏHV EDİLDİ

Türkiyə İraqda əməliyyat keçirdi: PKK lideri MƏHV EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.

Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb. Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.

Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.

Onun yerini MİT-in agentləri müəyyənləşdirib.

Z.Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR