Siyavuş Novruzov şəhid ailələri və seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
Sfera.az bildirir ki, Siyavuş Novruzov şəhid ailələrini ziyarət edib. O, 16 avqustda Şərur rayonunun Oğuz kəndində şəhid leytenant Yusifov Əli Süləddin oğlunun, şəhid leytenant Nuruyev Cavid Əşirəf oğlunun, şəhid MAHHXHQ əsgəri Əhmədov Mərhəmət Adil oğlunun, 17 avqustda isə Şərur rayonunun Çərçiboğan kəndində şəhid kapitan Cabbarov Seymur İlham oğlunun, şəhid MAHHXHQ əsgəri Novruzlu Pərviz Qorxmaz oğlunun, şəhid Novruzov Cavid Ələsgər oğlunun, şəhid Məmmədov Faiq Yaqub oğlunun, şəhid Abbasov Ramiq İlyas oğlunun və Birinci Qarabağ Müharibəsinin şəhidi Süleymanov Ələsgər Eldar oğlunun evlərində görüş keçirib.
Burada şəhidlərimizin xatirəsi anılıb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb. Siyavuş Novruzov görüşlərdə bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı: “Zəfərlə başa çatan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!”.
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Görüşün sonunda Siyavuş Novruzov qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanları ilə azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduğunu bildirən Siyavuş Novruzov onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib. Səmimi keçən söhbət zamanı şəhid ailələrini narahat edən problemlər də qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib. ( //www.facebook.com/story.php?story_fbid=943886207750200&id=100063864873867&mibextid=WC7FNe&rdid=p0L3yK3NImLGasJ2 )
S.Novruzovun seçicilərlə də növbəti görüşü keçirilib. Belə ki, 17 avqustda Çərçiboğan kənd mərkəzinin iclas zalında Çərçiboğan və Arbatan kənd seçiciləri ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Deputatlığa namizəd Siyavuş Novruzovun fəaliyyəti haqqında məlumat verən Ə.Babayev qeyd edib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib. YAP Şərur rayon təşkilatının sədri seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib:
"Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq". Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. (//www.facebook.com/story.php?story_fbid=943266621145492&id=100063864873867&mibextid=WC7FNe&rdid=AMrhGLmUqpTDBPWx)
Altay