Günay Ağamalı Salyan rayonunda seçiciləri ilə növbəti görüşünü keçirdi - VİDEO

Günay Ağamalı Salyan rayonunda seçiciləri ilə növbəti görüşünü keçirdi - VİDEO

Günay Ağamalı 15 Avqust 2024-cü ildə Salyan rayonunun geniş ictimaiyyəti, ziyalılar və şəhid ailələri ilə növbəti görüşünü keçirib. Görüşdə 400-dən çox seçici iştirak edib.

 

Sfera.az xəbər verir ki, öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verib.


Görüşdə çıxış edən Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının ona böyük qürur verdiyini bildirib. O, seçicilərlə keçirdiyi bütün görüşlərdə salyanlılardan səmimi münasibət, böyük dəstək gördüyünü və xeyir-dua aldığını qeyd edib.

 

G.Ağamalı Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər, görkəmli mədəniyyət və incəsənət xadimləri yetirdiyini, salyanlıların xalqımıza, dövlətçiliyimizə çox bağlı olduğunu məmuniyyətlə qeyd edib.

 

“Biz Heydər Əliyevin qurucusu olduğu müqəddəs yolun yolçuları və davamçılarıyıq. Biz bu yolu, Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanı dünya miqyasında zirvələrə qaldıran cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələrə doğru getməkdəyik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yaratdığı müasir, modern Silahlı Qüvvələrlə və formalaşdırdığı vətənpərvər cəmiyyətlə 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbəmizi təmin etdi. Böyük məmuniyyətlə qeyd etmək istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyevlə hər zaman birgə addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün Azərbaycan xanımları üçün bir örnəkdir”, - Günay Ağamalı bildirib.

 

Daha sonra G.Ağamalı seçki platformasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb və Salyan seçicilərinə ona göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağı barədə seçicilərinə vəd verib.

 

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Günay Ağamalının ünvanına xoş sözlər söyləyərək, ona uğurlar arzulayıb və bütün görüş iştirakçılarını yaxınları ilə bərabər sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə ona səs verməyə dəvət ediblər.

 

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...