Logo

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? - FOTO

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamda bir neçə hərbçi ölümündən sonra təltif edilib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, mayor Baxışlı Baxış Elşən oğlu "Vətən uğrunda" medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunublar.

Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

Fotoda: Gizir Rüfət Əliyev

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? - FOTO

Fotoda: Mayor Baxış Baxışlı

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? - FOTO

Fotoda: Əsgər Əli Nağıyev

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR