Siyavuş Novruzov seçicilərlə görüş çərçivəsində şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Siyavuş Novruzov seçicilərlə görüş çərçivəsində şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.

 

Sfera.az bildirir ki, Siyavuş Novruzov müxtəlif tarixlərdə keçirdiyi görüşlərdə seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

 

Belə ki, deputatlığa namizəd avqustun 13-də şəhid leytenant Zamanlı Məmməd Rəhman oğlunun ailəsi, ilə görüşüb. Şərur rayonunun Püsyan kəndində şəhidin evində keçirilən görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb. YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin xatirəsinin daim hörmətlə yad edildiyini bildirib.

 

O qeyd edib ki, şəhidlər ölmür, onlar hər birimizin qəlbində əbədi məskən salır və böyük ehtiramla yad edilir: “Şəhid leytenant Məmməd Zamanlı qısa ömür yaşasa da, onun keçdiyi ömür yolu gənclər üçün örnək olacaq və onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.

Siyavuş Novruzov belə vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkürünü bildirib. (//www.facebook.com/story.php?story_fbid=940533614752126&id=100063864873867&mibextid=WC7FNe&rdid=Noll75bjgVrsv7mD)

 

Siyavuş Novruzov həmçinin avqustun 14-də şəhid leytenant Məmmədov Elşən Əziz oğlunun və Şəhid leytenant Babayev Əli Həsən oğlunun ailələri ilə şəhidlərin evlərində görüşüb.

Burada şəhidlərimizin xatirəsi anılıb, onların döyüşlərdəki igidlik və şücaətlərindən danışılıb. Görüşün sonunda şəhidlərin valideynləri ölkə başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

(//www.facebook.com/story.php?story_fbid=941610907977730&id=100063864873867&mibextid=WC7FNe&rdid=vLRbCMqCzZbARJDU)

 

 

15 avqust 2024-cü il tarixində isə Siyavuş Novruzovun Qarabağlar kənd mərkəzinin iclas zalında Qarabağlar kənd seçiciləri ilə görüşü baş tutub. Burada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Deputatlığa namizəd Siyavuş Novruzovun fəaliyyəti haqqında məlumat verən S.Quluyeva qeyd edib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib.

 

Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

 

O, Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbəsini qazanacaq".

Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sakinlər eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar. Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.(//www.facebook.com/story.php?story_fbid=941722874633200&id=100063864873867&mibextid=WC7FNe&rdid=HIXmgIP49jbahKON)

 

Deputatlığa namizədin təşviqat çərçivəsində növbəti görüşü avqustun 16-sı Aşağı Daşarx kənd mərkəzinin iclas zalında baş tutub. Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kənd seçiciləri ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. A.Əhmədov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

 

Görüşlərdə çıxış edən şəhid Əli Yusifovun atası Süləddin Yusifov, şəhid Cavid Nuruyevin atası Əşirəf Nuruyev, şəhid Mərhəmət Əhmədovun atası Adil Əhmədov, təqaüdçü müəllim Məmməd Həsənov, təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov və digər seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar.

Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır. Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. (//www.facebook.com/story.php?story_fbid=942667201205434&id=100063864873867&mibextid=WC7FNe&rdid=6HSdXWWax42FpyRW)

 

Altay


OXŞAR XƏBƏRLƏR