Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə BAXIŞ KEÇİRİLDİ

Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə BAXIŞ KEÇİRİLDİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov həqiqi hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinənin keçirildiyi Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçiriblər.

 

Sfera.az xəbər verir ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzi çağırışçıların əyani müayinəsinin aparılması üçün müasir tibbi avadanlıqlarla təchiz edilib.

 

S.Babayev və M.İbrahimov Mərkəzdə yaradılmış şəraiti, aparılan müayinə prosesini nəzərdən keçiriblər.

 

Qeyd olunub ki, Mərkəzi Hərbi Həkim Komissiyasının çağırışçıya dair rəyi təsdiq edildikdən sonra çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş daxil edilir. Göndərişə əsasən çağırışçılar təyin edilmiş e-növbəlilik əsasında Mərkəzdə əyani müayinələrdən keçirilir.

 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, bu il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qeyd olunan dövrədək müvafiq qanunvericilik təkmilləşdirilməklə, yekun tibbi müayinənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

 

“Tibbi şəhadətləndirmə” altsistemi yaradılmaqla, onun Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər müvafiq qurumların informasiya bazaları ilə inteqrasiyası təmin olunub.

 

Yekun tibbi müayinələrin aidiyyəti qurumlar, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə iş şəraitində şəffaf, çevik və obyektiv şəkildə keçirildiyi vurğulanıb.

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...