Deputatlığa namizəd Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun ailəsini ziyarət etdi

Deputatlığa namizəd Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun ailəsini ziyarət etdi

Deputatlığa namizəd Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun doğum günü ərəfəsində ailəsini ziyarət etdi.


Səmimi keçən görüşdə şəhid Sabir Salahovun həyat və döyüş yolundan söz açıldı.


Günay Ağamalı şəhid ailəsi ilə görüşün ona böyük qürur və fəxarət hissi yaşatdığnı, şəhidlərimizin bizim and-qürur yerimiz olduğunu söylədi: “Şəhid ailələrinin yanında olmaq bizim vəfa borcumuzdur, hər zaman sizin yanınazdayıq”. 


G.Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. 


Görüşdə şəhidin atası Hikmət Salahov və anası Sevgül Salahova Sabirin uşaqlıqdan çox vətənpərvər olduğunu, Vətənə sədaqətlə xidmət edərək 21 yaşında şəhadətə ucaldığını qeyd etdilər.


Şəhidin valideynləri deputatlığa namizəd Günay Ağamalıya xeyir-dua verərək , sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ona uğurlar arzuladılar.


14 Avqust 2024-cü il

 

 


OXŞAR XƏBƏRLƏR