Logo

Naxçıvanda dörd deputatlığa namizədə XƏBƏRDARLIQ EDİLDİ

Naxçıvanda dörd deputatlığa namizədə XƏBƏRDARLIQ EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib.

Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun müvafiq maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR