Zelenskidən Kursk əməliyyatı ilə bağlı yeni AÇIQLAMA:"Bir gündə iki kilometr..."

Ukrayna Rusiya ərazisində irəliləməyə davam edir.
Sfera.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gündə ordunun 2 kilometrə yaxın irəlilədiyini açıqlayıb.
Zelenski sosial media hesabındakı paylaşımında Baş qərargah rəisi Aleksandr Sirskidən videokonfrans vasitəsilə cəbhə xəttinin mühüm bölgələrində, xüsusilə Toretsk və Pokrovskdakı vəziyyət və Rusiyanın Kursk vilayətindəki əməliyyatla bağlı məruzə aldığını bildirib.
Kursk bölgəsində irəliləməyə davam etdiklərini yazan Zelenski günün başından bu yana müxtəlif yerlərdə 1-2 kilometr irəlilədiklərini qeyd edib.
Dövlət başçısı eyni müddət ərzində 100-dən çox rus əsgərinin əsir götürüldüyünü də vurğulayıb. Ukraynanın şərqindəki vəziyyəti bir an belə unutmadıqlarını qeyd edən Zelenski, bölgədəki mövqelərin gücləndirilməsi əmrini verdiyini qeyd edib.
Vasif