Bayden Ukraynanın Kurska hücumunu ŞƏRH ETDİ: "Putin üçün..."

Siyasət
15:46 / 14.08.2024
5045
ABŞ Prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu ilk dəfə şərh edib.
Sfera.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden fikirlərini bu cür ifadə edib: “Mütəmadi olaraq işçilərimlə Kursk vilayətində baş verənlər barədə danışıram. Son altı-səkkiz gündə, bəlkə də, hər dörd-beş saatdan bir... Bu, Rusiya Prezidenti Vladimir Putin üçün əsl dilemma yaradır. Biz ukraynalılarla birbaşa və daimi əlaqə saxlayırıq. Vəziyyət aktiv fazada olarkən deyəcəklərim budur”.
ABŞ liderinin “dilemma” ilə nəyi nəzərdə tutduğu isə açıqlanmayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətinə hücum edib.
Günay